Menu
Geri İrəli

Vəkil polisdən şikayət edib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2011 • Baxış sayı: 397 dəfə • 1 şərh

Mayın 6-da Vəkil Anar Qasımov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Azər Cahangirov tərəfindən ona hədə-qorxu gəəlinməsi ilə bağlı Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə, Baş Prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova və Ombudsman Elmira Süleymanovaya müraciət edib.

“Bu gün Vəkillər Kollegiyasının sədri Azər Tağıyevlə görüşüb vəkillik fəaliyyətimlə əlaqədar polis təqibinə məruz qaldığımı diqqətə çatdırdım və bu barədə ərizə təqdim etdim. Azər müəllim bildirdi ki, Kollegiya məsələni nəzarətdə saxlayacaq. Bundan əlavə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və Ombudsman Elmira Süleymanovaya da rəsmi ərizə ilə müraciət etdim. Düşünürüəm ki, səlahiyyətli qurumlar müraciətimi obyektiv araşdıracaq, qanuni qərar qəbul edəcəklər. Hazırda mətbuatın, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının yaxından təqib etdikləri bir sıra cinayət işlərində, o cümlədən məhbus jurnalist Eynulla Fətullayevin, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslının, AXCP fəalı Cabbar Savalanlının vəkiliyəm. Amma indiyədək nə istintaq, nə də məhkəmə tərəfindən çıxış etdiyim işlərdə ortaya qoyduğum vəkil mövqeyimlə mənə heç bir irad tutulmayıb, xəbərdarlıq olunmayıb. Azər Cahangirov öz kölgəsindən qorxur, o, Sumqayıtda güclü vəkilliyin olmasından narahatdır. Ona görə də, bu üsula əl atıb” – sumqayitxeber.com saytına açıqlamasında Anar Qasımov belə deyib.

Qeyd edək ki, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının vəkillərindən biri Anar Qasımov mətbuata açıqlamasında bildirmişdi ki,  Azər Cahangirov  Cabbar Savalanlının işi üzrə mayın 4-də Sumqayıtda keçirilən məhkəmədən sonra onu hədələyərək “Sənin vəkillik mövqeyin dövlətçiliyin əleyhinədir, məhkəmə çıxışlarında dövlətçiliyin əleyhinə sözlər danışırsan, dünən Apellyasiya Məhkəməsindəki çıxışını da eşitdim, bunlar mənim xoşuma gəlmir, barəndə kifayət qədər kompromat toplamışıq, yenə də toplayırıq .bu hərəkətlərin cavabsız qalmayacaq, müvafiq “mükafat” təltif alacaqsan” deyib.

P.S. Cabbar Savalanlı barəsində məhkəmə qərarı çıxarılandan sonra  Amnesty İnternational və Human Rights Watch təşkilatlarının hesabatlarında vəkilin hədələnməsi faktı da yer alıb və pislənilib.

Facebook Şərhləndirmə:

“Vəkil polisdən şikayət edib” yazısına bir cavab

  1. Azər deyir:

    Mənə elə gəlir ki,bu polis zabitinin zəifliyiondən bashqa bir şey deyildir.Çünki bu vaxta qədər Sumqayıtda görməmişik ki,polis zabiti hansısa vəkilə apardığı işlər üzrə hər hansı bir təzyiq etsin.Yəqin bu rəis müavini ünvnı səhv salıb.Kompramata qalsa,vəkillərdə Sumqayıt polisinə dair,eləcə də elə həmin zabitə dair o qədər kompramat var ki,üzə çıxarsaq kimi üçün pis olacağı aydındır.Ona görə də həmin polis zabitinə demək lazımdır ki,vəkil barədə kompramat yığmasın,onun özü barədə kompramata imkan verməsin.O ki,qaldı biz vəkillərin məhkəmə çıxışlarına,həmin zabit kimilər başa düşsünlər ki, “Vəkillər və Vəkillik fəaliyyəti haqda” Qanun elə “Polis haqda” Qanun kimi Milli Məclis tərəfindən qəbul edilib və hər ikisi eyni hüquqi qüvvəyə malikdirlər və hamı bilsin ki,vəkilləh Prezidentin qaranti olduğu Konstitusiyamızda dövlətin hər bir vətəndaşa vəd verdiyi ixtisasli hüquqi yardımı həyata keçirən şəöslərdir və onların qanuni fəaliyyətlərinə mane olan şəxslər bir başa Konstitusiyanın,eləcə də Prezidentin eksinə getmiş insanlardırlar və mən inanıram ki,Prezident buna heç vaxt yol verməıyəcək,çünki o,içdiyi anda sadiqliyini dəfələrlə tasdiq edib.Ona görə də bu cür zabitlərə bir masləhətim var-özünüzü təhlükəyə atmayın,yaxşısı budur öz vəzifə borcunuzu vicdanla yerinə yetirin ki,biz vəkillərin də məhkəmədə danışmağa sözümüz olmasın.Allah bu xalqımlmızı qorusun.Amin!

Şərhinizi yazın