Menu
Geri İrəli

Yaxın vaxtlarda ikiyə bölünəcək Sumqayıt rayonlarına icra başçıları təyin olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2013 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

sum-222

“Sumqayıt şəhərinin iki yerə bölünməsi məsələsi artıq təsdiqlənib və bu, mütləq olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətində informasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev deyib. O, qeyd edib ki, Sumqayıt şəhərinin sakinlərinin sayı, eyni zamanda tikilən binalar gündən-günə artır və bu prosesi asanlaşdırmaq üçün şəhərin iki yerə bölünməsi məsələsi ortaya qoyulub.

“Hazırda layihə üzərində iş gedir. Şəhərin hansı hissələrdən iki yerə bölünməsi hələ dəqiqləşməyib. Amma yaxın gələcəkdə bu olacaq və rayonlara icra başçıları təyin olunanda bu haqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

A.İmaməliyev bildirib ki, rayon icra başçılarının iş fəaliyyətinə başlaması barədə indidən bir söz demək çətindir .

Aytən ƏLİYEVA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın