Menu
Geri İrəli

Yunanıstan rəsmən elan etdi – Pul yoxdur (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2015 • Baxış sayı: 240 dəfə • Şərh yoxdur

Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) olan 1,6 milyard avro borcu bu gün ödəməyəcək.

ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanın maliyyə naziri Yanis Varufakis deyib.

Ümumiyyətlə, Yunanıstan hakimiyyəti ölkənin avrozonadan çıxmasını bloklamaq və bank sisteminin boğulmasının qarşısını almaq üçün Avropa İttifaqını Avropa məhkəməsinə verəcəyi ilə hədələyib.

Maliyyə naziri bildirib ki, yunan hökuməti bütün öz qanuni hüquqlarından istifadə edəcək. “Biz Avropa məhkəməsinə müraciət etmək imkanı haqqında məsləhətləşmələr aparırıq. Çünki, Avropa İttifaqının müqavilələri avrozonadan çıxmanı nəzərdə tutmur. Biz bundan imtina edirik. Bizim Avropa İttifaqına üzvlüyümüz ticarətin predmeti deyil”.

Nazir bir neçə gündür ki, bağlı olan bankların da açılacağını elan edib. O, qeyd edib ki, təqaüdçülər banka belə getmədən pullarını ala biləcəklər. Amma 3 gün ərzində bankomatlardan ümumilikdə 120 avro çıxarmaq mümkün olacaq.

Ekspertlərin fikrincə, Yunanıstandan belə davakar bəyanatlar avro zonasından mümkün çıxış haqqında böyük dövlətlərdən edilən xəbərdarlıqların fonunda hazırlanır. Seçicilər yeni hökumətin iqtisadiyyat planına iyulun 6-da referendumda rədd cavabı verərsə, vəziyyət ürəkaçan olmayacaq.

Fransa prezidenti Fransua Ollandın dediyi kimi, indi yunanların qarşısında belə bir sual durur: “Yunanlar avrozonada qalmaq istəyirlərmi və yaxud Avropa İttifaqından getmək riskini üzərlərinə götürəcəklərmi? Bax, indi bu məsələ ətrafında düşünməyə dəyər.

Türkiyə də Yunanıstanı defoltdan xilas etmək üçün əlindən gələni etməyə hazır olduğunu elan edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın