Menu
Geri İrəli

yyarə qəzasında ölən sərnişindən məktub gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2009 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur
Share Button

Cesed-okeannan

İyunun 1-də Atlantik okeanı üzərində qəzaya uğrayan “A-330-200” təyyarəsinin sərnişinindən məktub gəlib. Lent.az-ın Slovakiya radiosuna istinadən verdiyi məlumata görə, qəzada ölən 33 yaşlı Arnold Qerqelinin anası ondan açıqca alıb.

Bu hadisə İpelsk-Ulyanı şəhərində yaşayan qadın şok keçirməsinə səbəb olub. Məktubda yazılıb: “Sənə Rio-de-Ceneyrodan salam göndərirəm. Burada okean çox nəvazişlidir və hər şey əladır”.

Məktubu alandan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb. Qadının qohumları bütün günü onun yanından ayrılmırlar. Onun yeganə arzusu “okeanın Arnoldun cəsədini verməsi və onun vətənində basdırılmasıdır”.

LENT.AZ
“Burada okean çox nəvazişlidir və hər şey əladır”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın