Menu
Geri İrəli

Zakir Fərəcov sərgidə – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2015 • Baxış sayı: 3,943 dəfə • Şərh yoxdur

12367008_1534549660198181_2067339364_n

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Sumqayıt rəssamlarının əsərlərindən ibarət “Rənglərin aləmi” adlı sərgi kecirililib.

Sərgidə Vaqif Nəzirov, Fazil Abasquluzadə, Murad Kərimov, Nizami Dadaşov, Osman Salmanov, Namiq Cavad, İntiqam Cəfərov, Emin Nəbiyev, Nəsibə Şükürova, Nigar Qurbanova, Məşədi Qafarzadə Vidadi, Əli Qafarlı, Mikayıl Abdullayev, Yusif Kətanov, Ellada Həsənova, Gülşən Ağayeva, Pərviz Mahmudov, Orxan Əhmədov, Şahin Quliyev, Tofiq Əhmədov, Dilşad  Hüseynovanın müxtəlif texnikalarda işlənmiş 3 ədəd qrqfika, 91 ədəd rəngkarlıq, 19 ədəd keramika, 9 ədəd xalça və 3 ədəd dekorativ tətbiqi sənət əsəri daxil olmaqla ümumilikdə 103 sənət nümunəsi nümayiş olunub.

Sərgidə Sumqayıt şəhər  İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  və digər rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra başçısı sərgidə nümayiş olunan rəsm əsərlərinə tamaşa edib.

12380184_1534549980198149_1094485071_n

Sərgini giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov şəhərdə görülən abadlıq və quruculuq işlərindən danışaraq sərgidə iştirakına görə icra başçısına mədəniyyət işçiləri adından təşəkkürünü bildirib.

Daha sonra rəssam Nəsibə Şükürova çıxış edərək rəssamlara göstərilən diqqət və qayğıya görə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinə, o cümlədən, Dövlət Rəsm Qalereyasına, sərgidə iştirakına və rəssamlara veridiyi dəyərə görə  icra başçısına təşəkkür edib.

Rəssamları diqqətlə dinləyən, problemləri ilə yaxından maraqlanan icra başçısı Zakir Fərəcov çıxış edərək onları təbrik edib, bundan sonra da onlara xüsusi diqqət ayıracağını, köməklik göstərəcəyini bildirib, uğurlar arzulayıb.

Tədbirdə S.Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin şagird və müəllim kollektivi klassik əsərlərdən ibarət musiqi nömrələri səsləndirib.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

10416825_1534549503531530_1183206318_n
12395519_1534549650198182_132975404_n 12380073_1534549376864876_1783545264_n 12380122_1534549486864865_1587833558_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın