Menu
Geri İrəli

Zakir Fərəcov Sumqayıtda eyvanları sökdürür

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 895 dəfə • 2 şərh
Share Button

46135

Sumqayıtın yeni təyin edilən icra başçısı Zakir Fərəcov yaşayış binalarında olan eyvanların və artırmaların sökülməsi barədə göstəriş verib.

Bu barədə bizimyol.info saytına jurnalist Vüqar Qurdqanlı məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl icra hakimiyyətinin yaxınlığında olan binalar daş örtüklə üzlənib. İndi isə binalarda eyvanların sökülməsi prosesinə başlanılıb ki, bu da soyuq havalarda sakinlərə ciddi problemlər yaradır.

“Çünki “təmir, abadlıq” dövründə mənzillərin soyuqdan və yağıntıdan qorunmasını təmin etmək mümkün olmayacaq. Bu bir yana, təqdim etdiyim fotolardan da göründüyü kimi, sözügedən eyvanlar binanın əsas hissəsinə bitişik tikilib. Demək həmin eyvanların sökülməsi faktiki olaraq insanların mənzilinin sökülməsi və qış aylarında evin açıq hava ilə birbaşa təmasda olması anlamına gəlir.

Mənim yaşadığım ev də həmin problemlə üz-üzədir. Qış aylarında evi qızdırmaq üçün istifadə etdiyimiz kondisionerlərin də sökülməsi tapşırığı verilib. İcra hakimiyyətinin Elməddin adlı işçisi deyir ki, bu gün günorta bütün balkonlar lomla uçurulacaq. Belə olsa şəxsən mənim ailəm soyuq gecəni bir tərəfi yola açıq otaqda keçirməli olacaq” – deyə şikayətçi bildirir.

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov Sumqayıtda eyvanları sökdürür” yazısına 2 cavab

  1. Samirə Aslanova deyir:

    Çox düz edir. Bir kənardan baxın bu evlərə? Şəhərdə belə özbaşına tikinti olar?

  2. Samir deyir:

    sonradan artirilmish eyvanlarin sokulmesine raziyam , amma evin layihesinde olan eyvanlarin sokulmesine qetiyyen razi deyilem

Şərhinizi yazın