Menu
Geri İrəli

Ata fəryadı: “Heç olmasa Sumqayıt şəhərindəki xəstəxanaya yerləşdirəydilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2014 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur
Share Button

kishi_48t743636Bu gün Milli.Az-ın telefonuna bir ata zəng edərək fəryad qoparırdı: “Balamı dəlixanaya apardılar. Buz kimi, qapısı, pəncərəsi olmayan Maştağa xəstəxanasına. Axı mənim oğlum dəli deyil, niyə ona əzab verirlər?”

Telofonun o tayından övlad savaşı aparan ata Xızı rayonunun Xındağan kənd sakini Kəraməddin Bədirov idi. Bildirdi ki, 35 yaşlı oğlu Ramin Bədirovu gəlinlərinin telefon zəngi ilə rayon xəstəxanasının baş həkimi polislə gələrək Maştağada yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserinə yerləşdirib: “Axı oğlumun ciddi xəstəliyi yoxdu. Rəsmi şikayətimiz də olmayıb. Heç olmasa Sumqayıt şəhərindəki xəstəxanaya yerləşdirəydilər. Aparıb atıblar Mağştağaya. Uşaq orada donur, istilik sistemi yoxdu. Əgər oğlumu evə buraxmasalar, özümü öldürəcəm”.

Xızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev Milli.Az-a açıqlamasında bildirdi ki, Ramin Bədirovun 1 saylı Ruhi-Əsəb Dispanserinə aparılması da səbəbsiz deyil:

“Ramin dispanser qeydiyyatında olan adamdır. Atası xəstəxanaya məlumat verib ki, evi dağıdır, gəlin kömək edin. Həkim göndərmişəm, polis çağırmışıq. Xəstəni Sumqayıta Ruhi Əsəb Dispanserinə, oradan isə Maşatağaya aparmışam. Əgər Raminin qeydiyyatı olmasaydı belə, Dispanserdə lazımi müayinələr aparılacaqdı. Maştağadakı dispanserdə peşəkar mütəxəssislər çalışır və onlar tərəfindən müayinə edilib və səbəb olub ki, orada saxlanılıb”.

B.Nəbiyev qeyd etdi ki, xəstənin Sumqayıtda saxlanılmamasının səbəbi orada yerin olmamasıdır.

Anar Məmmədov
Milli.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın