Menu
Geri İrəli

Leyla Əliyeva əkizləri və qızı ilə -FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 548 dəfə • Şərh yoxdur


 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi hesabında yeni foto paylaşıb.

Fotoda prezidentin böyük qızı L.Əliyevanın bir əlindən əkiz oğlanları Əli və Mikayıl, digərindən isə bir qız uşağı tutub.

Həmin qızın bir müddət öncə Leyla Əliyevanın uşaq evindən övladlığa götürdüyü Əminə olduğu deyilir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı:

“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.

2015-08-10-23-19-0899814

Facebook Şərhləndirmə:

Şərhinizi yazın