Menu
Geri İrəli

Maşın şou dayandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 771 dəfə • Şərh yoxdur

masin2“İndi maşın vaxtı deyil”.

Bu sözləri Axar.az-a açıqlamasında “Maşın” şounun müəllifi və aparıcısı Murad Dadaşov deyib:

“M Group Production” olaraq biz qərara gəldik ki, bu gün “Maşın” realiti şousu yayımlanmasın. ANS telekanalı ilə məsələni müzakirə etdik və rica etdik ki, bizi bu gün yayımdan çıxarsınlar. Çünki baş verən məlum hadisəyə biganə yanaşa bilmərik. Bununla bağlı axşam efirdə rəsmi açıqlama olacaq, özüm axşam xəbər efirində olacağam. Canlı yayımda bunu rəsmi elan edəcəyəm. Bu dəqiqə hər kəsin duaları xəsarət almış və dünyasını dəyişmiş insanların yanındadır, indi maşının vaxtı deyil”.

Qeyd edək ki, “Maşın” şou hər axşam saat 22:00-da yayımlanır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın