Menu
Geri İrəli

Milli valyuta ucuzlaşanda nə etmək lazımdır? – XARİCİ TƏCRÜBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2015 • Baxış sayı: 512 dəfə • Şərh yoxdur

Milli valyutanın devalvasiyası iqtisadiyyatda bəzi problemlər yaratmaqla yanaşı, həmin problemlərin həlli üçün çıxış yolu tapılmasına da imkan yaradır. Azərbaycanda manatın ucuzlaşması iqtisadiyyatın müxtəlif sahələrinə təsir edib. Belə ki, devalvasiyaya qədər xarici valyutada kredit götürənlərin indi borclarını hansı məzənnə ilə ödəyəcəyi aydınlaşmayıb.

Digər tərəfdən, bundan sonra ölkəyə baha qiymətə gətiriləcək istehlak mallarının qiymətinin əvvəlki səviyyədə necə saxlanacağı da suallar doğurur. Doğrudur, hökumət bahalaşmasnın qarşısını almaq üçün lazimi tədbirlər görür. Bununla bağlı, satış şəbəkələrinə xəbərarlıqlar edilib. Lakin xarici ölkələrin təcrübəsi göstərir ki, belə məsələləri inzibati metodlarla tənzimləmək lazımi effekti vermir. Vəziyyəti tam nəzarətdə saxlamaq üçün yeni təşəbbüslərə ehtiyac var. Bir qədər qonşu ölkələrdə baş verən oxşar proseslər maraqlı çıxış yollarının tapılması ilə nəticələnib. Bu təşəbbüslərin Azərbaycanda da tətbiqi mümkündür.

Dollarla götürülən kredilər üçün güzəşt

Ötən ilin sonlarında Rusiyada baş verən kəskin devalvasiya rubun 2 dəfə ucuzlaşması ilə nəticələndi. Belə vəziyyətdən ən çox zərər çəkənlər isə, dollarla kredit götürən müştərilər, xüsusilə də böyük məbləğdə ipoteka krediti (dollarla) götürənlər oldu. Rublun 2 dəfəyə qədər devalvasiyası nəticəsində belə müştərilər 2 dəfə çox vəsait ödəməli olacaqdılar.
Bu vəziyyətdə Rusiya Mərkəzi Bankı güzəştli variant təklif etdi. MB tövsiyyə verdi ki, əhalinin xarici valyutada olan ipoteka kreditlərihazırki məzənnə ilə deyil, 3 ay əvvəlki məzənnə ilə qəbul edilsin. Həmin tarixə ABŞ dolların rəsmi məzənnəsi 39,38 rubl, avronun məzənnəsi isə 49,98 rubl təşkil edirdi. Hadbuki həmin tarixdə dolların real məzənnəsi 60 rubldan yüksək idi.

Problemli müştərilər üçün ayrıca məzənnə müəyyən edilə bilər

Oxşar problem Azərbaycanda da yaranıb. Vaxtilə dollarla kredit götürmüş şəxslər ödənişlərin kəskin artımı problemi ilə üzləşiblər. Eləcə də, banklarda manatla əmanət saxlayanlar bu vəsaitlərin kəskin azalması nəticəçində itkilərlə üzləşiblər. Bəs Azərbaycanda bu problemi necə həll etmək olar?

Belə vəziyyətdə həmin şəxslərin üzləşdiyi itkiləri azaltmaq, eləcə də, narazılığın qarşısını almaq üçün belə kreditlər üçün də ayrıca məzənnə müəyyənləşdirilə bilər. Məsələn, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, MB bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə bilər.

Məsələn, banka aylıq 500 dollar ödənişi olan müştəri devalvasiyaya qədər ayda 390 manat ödəyirdi. Manatın ucuzlaşmasından sonra isə bu məbləğ 525 manata qalxıb, yəni 135 manat artıb. Belə kreditlər üçün dolların orta məzənnəsi 0,92 manat müəyyən edildikdə isə, həmin  müştəri banka 460 manat ödəməli olacaq. Yəni onun aylıq ödənişi 135 manat yox, cəmi 70 manat artacaq. Ekspert hesab edir ki, bu halda  həm müştərilərin, həm də bankların maraqlarının qoruna bilər.

Bahalaşmanın qarşısını necə almaq olar?

Amma əgər dollarla kredit və ya əmanətlərdə baş verən dəyişiklikyalnız bank müştərilərinə təsir edirdisə, devalvasiya nəticəsində yaranan bahalaşma riskləri əhalinin bütün təbəqələrinə təsir edir. Manatın ucuzlaşması istehlak bazarında qiymətləri artıra bilər. Hökumət müxtəlif tədbirlərlə əsas ərzaq və dərman məhsullarının bahalaşmasını dayandırıb. Lakin xaricdən yeni qiymətlərlə idxal olunan məhsulların bahalaşmasını saxlamaq asan olmayacaq. Çünki idxalçı malı həmişəkindən təxminən 30% baha alacaq, bu halda o həmin malı aldığı qiymətdən ucuz sata bilməz.

Bəs bu problemi necə tənzimləmək olar? Yenə bu sahədə Rusiya təcrübəsini misal çəkmək olar. Rublun 2 dəfəyədək ucuzlaşmasına baxmayaraq Rusiyada əsas tələbat mallarının qiymətləri demək olar ki bahalaşmayıb. Özü də bu hökumətin yox, satış şəbəkələrinin özlərinin atdığı addımların nəticəsidir. Belə ki, Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasına daxil olan satış şirkətləri minimum istehlak səbətinə daxil olan 20 tələbat məhsulunun qiymətlərini əvvəlki həddə saxlamaq haqda qərar qəbul etdilər.

Dəbdəbəli malların hesabına əsas mallar ucuzlaşdırıldı

Minimum istehlak səbətinə daxil olan malların siyahısı 2010-ci ilin iyulunda hökumət qərarı ilə təsdiq edilmişdi. Bura bəzi növ ət və quş əti, balıq, kərə və günəbaxan yağı, süd, yumurta, şəkər, duz, qara çay, kartof, kök, kələm, buğda unu, çovdar və buğda çörəyi, qarabaşaq vəs daxildir.

Ticarət şəbəkələri bu məhsulların qiymətlərinin artmasına yol verməməyi öhdələrinə götürdülər, amma alış dəyərinin azalacağı halda qiymətləri endirəcəklərini bildirdilər. Nəticədə, əhali bahalaşmadan əziyyət çəkmədi.
Ən maraqlısı odur ki, bu aksiyadan ticarət şəbəkələri də çox itkiyə düşmədilər. Belə ki, onlar əsas tələbat mallarının satışından itirdiklərini adi tələbat malları sayılmayan məhsulların qiymətini artırmaqla kompensasiya etdilər.
Oxşar addımlar Azərbaycanda da atıla bilər. Hazırda təqriğən 10-a yaxın iri ticarət şəbəkəsi Bakının ərzaq bazarının böyük hissəsinə nəzarət edir. Bu şəbəkələrin müəyyən təşəbbüs ətrafıında birləşərək anaoji addım atması çətin deyil. Bu addımla şirkətlər həm əhalinin bahalaşmadan çəkdiyi itkiləri azalda, həm də indiyədək onlara inkişaf etmək üçün şərait yaradan dövlətlə həmrəylik nümayiş etdirə bilərlər.

Peşəkar assosiasiyalar yaranmalıdır

Manatın ucuzlaşması və onunla bağlı baş verən proseslər ölkənin biznes sektorunda daha bir boşluğun olduğunu gösğərdi. Söhbət peşəkar cəmiyyətlərin və assosiasiyaların olmamasından gedir. Belə vəziyətlərdə, biznez qurumları öz gəlirlərini qorumaq və qazanc barədə düşündükləri bir vaxtda Assosiasiyalar onların  diqqətini korporativ sosial məsuliyyətə yönəldə bilərlər. Eyni zamanda belə birliklər hər hansı digər təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması üçün koordinator kimi çıxış edə bilərlər. Çünki biznesin əsl məsuliyyəti və cavabdehliyi məhz belə hallarda atılan addımlarla müəyyən edilir.

Elçin Bayramlı
Fins.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın