Menu
Geri İrəli

Şoumen Murad Dadaşov seksual tərbiyədən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

11791_7811cea7b95b757f4580a8bd8802fd28

 

Şoumen Murad Dadaşov ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinin qonağı olub.

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, M.Dadaşov deyib ki, valideynləri üçün onu tərbiyə etmək rahat imiş: “Mənim öz oğlanlarımı böyütməyim isə daha çətindir. Çünki sosial media, internet mövcuddur. Uşaqları bunlardan qorumaq lazımdır. Onlara çox nəzarət edirəm. Baxdıqları filmlərdə, videolarda, cizgi filmlərində yaş hədlərinə önəm verirəm. Bu hədləri keçmələrinə icazə yoxdur”.

 

Murad Dadaşov həmçinin, son vaxtlar cəmiyyətdə baş verən oğlan-qız münasibətlərinə də fikir bildirib: “İndi filmlərdə, kliplərdə, efirdə məsuliyyətsiz cinsi həyat təbliğ olunur. Uşaqlarımız da bunu izləyir, təsir altına düşürlər. Gənc oğlanların qızları aldatma məsələsində tək günahkar onlar deyil. Valideynlər övladlarına seksual tərbiyənin düzgün verilmə qaydalarını bilmir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın