Menu
Geri İrəli

Sumqayıt gəncləri Novruz bayramını qeyd etdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

1458140406_3bcb4d3d-b1e8-4a61-8b34-f42c8178a28b

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Mədəniyyət və Turizm İdarəsi və Təhsil Şöbəsinin nəzdində Gənc Müəllimlər Şurası ilə birgə martın 16-da “Bakı” restoranında Novruz bayramına həsr edilmiş “Novruz Sevinci” adlı bədii-əyləncəli bayram tədbiri təşkil edib.

Sumqayıt Gənclər və İdman Baş İdarəsindən verilən məlumata görə şəhərin müxtəlif sahələrini təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının və qrumlarının nümayəndələrinin iştirak etdiyi bayram tədbirində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunub saxlanılmasında, daha da inkişaf etdirilməsindəki rolundan danışıb və bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Çıxışda həmçinin şəhər rəhbərliyinin adət-ənənələrimizin qorunub saxlanılmasında fəaliyyətindən danışıb, şəhər İcra Hakimiyyəti tərəfindən martın 18-də “Nəsimi” adına dənizkənarı Mədəniyyət və istirahət parkında Novruz bayramına həsr edilmiş ümumşəhər tədbirində fəal iştirak etməyə dəvət edib.Tədbir Novruz səhnəcikləri, maraqlı oyunlar və müxtəlif musiqi nömrələri ilə davam edib.


1458140369_ca80b30f-1cb9-45ae-a82b-e5defa7a565a 1458140399_674dbe2a-b3e2-4aee-9a29-4a761a477319

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın