Menu
Geri İrəli

Sumqayıtda məhəllə komitələri fəaliyyətlərini gücləndirir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2014 • Baxış sayı: 599 dəfə • Şərh yoxdur
Share Button

mehelle komŞəhər sakinlərinin qayğı və ehtiyaclarının “yuxarı təşkilatlara” müraciət olunmadan yerindəcə öyrənilməsi və daha dolğun ödənilməsi məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən bir vaxt respublikada ilk dəfə olaraq yaradılmış məhəllə komitələri  son illər fəaliyətlərini daha da genişləndirməkdədirlər.  Onlar məhəllədaxili küçə və meydançaların qaydaya salınmasında, xeyir-şər evlərinin tikilib istifadəyə verilməsində hər zaman mikrorayon və məhəllə sakinlərinə köməklik göstərir, əmək və müharibə veteranlarının, əlillərin olduğu ailələrin, kimsəsiz qocaların ev-məişət problemlərinin həllində yaxından iştirak edirlər.    Hazırda Sumqayııtın bütün mikrorayon və məhəllələrini əhatə edən 130-a yaxın məhəllə komitəsi fəaliyyət göstərir ki, onların tərkibinə sakinlərin ən fəal və qayğıkeş nümayəndələri cəlb olunmuşlar.

 Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, “Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri haqqında Əsasnamə”yə uyğun olaraq məhəllə komitələri hər iki ildən bir  sakinlər qarşısında hesabat verir və onların tərkibi təşəbbüskar və işgüzar sakinlər hesabına  yenilənir, güclənir.

Sumqayıt Bələdiyyəsinin müvafiq qərarına uyğun olaraq bu il aprelin əvvəlindən məhəllə komitələrində başlanılmış hesabat-seçki kampaniyası uğurla davam etməkdədir.

Bugünlərdə Sumqayıtın Yeni yaşayış massivinin 8-ci məhəlləsinin 1 saylı məhəllə komitəsində də hesabat-seçki iclası sakinlərin yüksək fəallığı şəraitində keçirilmişdir. Sumqayıt Bələdiyyəsi nümayəndələrinin, məhəllə komitəsi üzvlərinin və sakinlərin iştirak etdiyi iclasıda məhəllə komitəsinin sədri Çingiz Salmanov hesabat dövrü ərzində məhəllə komitəsi üzvlərinin və sakinlərin iştirakı ilə görülmüş işlərdən söhbət açmış, məhəllənin abadlaşdırılması, mövcud problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.

Sumqayıt Bələdiyyəsinin sədr müavini Sultan Əsədov ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin demokratiya yolu ilə inkişafı, beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun və iqtisadi qüdrətinin daha da artması, Azərbaycan Prezidenti İlham Əıiyevin geniş və çoxşaxəli səmərəli fəaliyyəti nəticəsində respublikamızın son 10 ildə böyük iqtisadi sıçrayışa nail olması barədə tədbir iştirakçılarına konkret faktlarla, region ölkələri ilə müqayisəli şəkildə geniş məlumat vermişdir. Yeni yaşayış massivində sakinlərlə məhəllə komitəsinin əlbir, ümumi işin mənafeyi naminə işgüzar fəaliyyətindən razılıq ifadə edilmişdir.

Yüksək fəallıq, prinsipiallıq və aşkarlıq şəraitində keçən tədbirdə çıxış edən sakinlərdən Soltan Məmmədov, əmək veteranı Balarəşid Hüseynov, pedaqoq Tovuz Məmmədova və başqaları son illərdə Azərbaycanın bütün bölgələrində, o cümlədən Sumqayıtda aparılan geniş abadlıq-quruculuq işlərindən, xalqımızın güzəranının gündən-günə yaxşılaşmasından, yerli özünüidarəetmə orqanı olan Sumqayıt Bələdiyyəsi və onun məhəllə komitələri ilə vətəndaşlar arasında yaranmış xoş ünsiyyət və əməkdaşlıqdan məmnunluq ifadə edərək, yerli məsələlərin həllində Sumqayıt Bələdiyyəsi və onun məhəllə komitələrinin mühüm rol oynadığını qeyd etmişlər.

Sakinlər Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin məhəllə sakinlərinə göstərdikləri diqqət və qayğıya, xüsusilə də Bələdiyyənin köməkliyi ilə Yeni yaşayış massivi üçün təzə elektrik transformatorunun alınıb-quraşdırılmasına, bəzi məhəllədaxili yolların abadlaşdırılmasına görə razılıqlarını bildirmişlər.

Sakinlər öz çıxışlarında məhəllə komitələrinin işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, onların Bələdiyyə və qeyri-hökumət təşkilatları, şəhərin dövlət strukturları ilə əməkdaşlığının möhkəmləndirilməsi üçün təkliflərini söyləmişlər.

Aşkarlıq və demokratiya şəraitində keçən tədbirdə eyni zamanda məhəllə ərazisində uşaq baxçasına, tibb məntəqəsinə, kanalizasiya şəbəkəsinin yaradılmasına ehtiyac olduğu da diqqətə çatdırılmışdır. Ümidvar olunduğu bildirilmişdir ki, Sumqayıt Bələdiyyəsi bu mühüm məsələlərin həllində də 2000-ə qədər evin olduğu Yeni yaşayış massivi sakinlərinə köməyini əsirgəməyəcəkdir.

Çingiz Salmanov yenidən məhəllə komitəsinin sədri seçilmişdir.

 Orxan MƏMMƏDZADƏ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın