Menu
Geri İrəli

Sumqayıtda payız-yaz mövsümündə 75 min ağac tingi əkilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2017 • Baxış sayı: 548 dəfə • Şərh yoxdur

Sumqayıtda ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Yaz fəsli ilə əlaqədar həftəsonu növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarının, ASAN könüllülərin Sumqayıt üzrə nümayəndələrinin də həvəslə qatıldığı növbəti ağacəkmə aksiyası Koroğlu və Çerkassı küçələrində, Corat qəsəbəsində, Bələdiyyə Parkında təşkil olunub. Aksiya zamanı 5 minə yaxın sərv, Xan çinar, zeytun və şam tingləri əkilib.

Gün ərzində şəhərin əksər küçələrində təmizlik işləri də aparılıb.

Ümumilikdə payız–yaz mövsümündə şəhərdə 75 min ağac tingi əkilib.

14916533341369948707_1000x669 14916533343178614299_1000x669 14916533346270323946_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın