Menu
Geri İrəli

Sumqayıtın “Bağlar Massivi”ndə qaz yoxdur

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2011 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur
Share Button
Sumqayıt şəhərinin “Bağlar massivi” adlanan ərazisində yaşayan sakinləri düz 8-9 ildir ki, mavi yanacaq üzünə həsrət qalıblar. SİA-nın əraziyə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, əlacsız qalan sakinlər əlavə xərc çəkərək evi odunla qızdırmaq qərarına gəliblər.
Sakinlər bildirirlər ki, nə gecəmiz var nə də ki, gündüzümüz. Soyuq və şaxtalı havada əlavə xərc çəkərək odun və balonlarda mavi yanacaq alırıq. Onların sözlərinə görə, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara və Sumqayıt şəhər Qaz istismar sahəsinə ərizə ilə müraciət ediblər. Amma onların səsinə səs verən tapılmayıb.
Məsələyə aydınlıq gətirmək üçün yollandıq Sumqayıt Qaz istismar sahəsinə. Qurumdan bildirdilər ki, sakinlərə veriləcək mavi yanacaq artıq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2010-2013-cü illər dövlət proqramına salınıb. Gələn ildən etibarən həmin əraziyə qaz verilişi tam təmin olunacaq. Baş mühəndis Teymur Balıyev bununla əlaqədar artıq həmin əraziyə yaxın digər yerlərdə işlərin başlanıldığını bildirib.
Burda isə sakinlərə səbr etməkdən başqa bir çıxış yolu qalmır.

Ceyhun Eyyubov, SİA


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın