Menu
Geri İrəli

Sumqayıtlı xanıma yardımçı olaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2015 • Baxış sayı: 498 dəfə • Şərh yoxdur

xestexanaAbbasova Aynurə Arif qızı “posthipoksik ensefalopatiya” diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

O, boğazına yerləşdirilən traxeostomik boru ilə tənəffüs edir, vegetativ vəziyyətdədir, danışmır, kontakta girmir, ətrafa qarşı laqeyddir.
2014-cü il aprel ayından bu halda olan Aynurənin 6 yaşlı bir oğlu var. Lakin, uşağın ala biləcəyi psixoloji travmaya görə anası ilə görüşməyə icazəsi yoxdur.
Hazırda xəstəxanada anasının nəzarətində olan Aynurənin sağalma şansı var! Lakin, ailənin maddi vəziyyəti qənaətbəxş olmadığına görə o, 1 il 2 aydır yataq vəziyyətindədir.
Gəlin, ona dəstək olaq! Aynurəni normal həyata qaytarmaq, onu övladına qovuşdurmaq aylıq 4000 AZN-lik müalicədən asılıdır. Bir neçə ay davam edən müalicə ilə o yenidən, ayağa qalxa, tam sağala bilər.
Unutmayaq ki, o bir ANAdır və övladının ona ehtiyacı var. Ən kiçik yardımlarımız belə onun sağalmağına vəsilə olacaq. Ona görə də məbləğdən asılı olmayaraq, müraciət etməkdən çəkinməyin!
Müqəddəs Ramazan ayında Aynurəyə kömək edək!

Yardım etmək üçün Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinə müraciət edə bilərsiniz.
Ünvan: Mehdi Hüseynzadə küçəsi, 7 (Mülki-müdafiə idarəsinin yanı)
Telefon: 018 655-67-41

Facebook Şərhləndirmə:

Şərhinizi yazın