Menu
Geri İrəli

TƏRCÜMƏ: “Səni tərk edəcəyəm” – Leyla Əliyeva

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2015 • Baxış sayı: 807 dəfə • Şərh yoxdur
Share Button

Leyla Əliyeva

leyla_aliyevaModern.az saytı yazıçı-publisist Mahir Qabiloğlunun tərcüməsində Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirini təqdim edir. Xatırladaq ki, bundan əvvəlki tərcümə “Gedim bir az ağlayım” adlanırdı”.

Səni tərk edəcəyəm! –
Tənha qoyacam səni,
İnanmayırsan buna?
Çifayda… möcüzə bil.
Ötsə günlər-aylar, dolansa illər,
Bu ürəyin qapısı bir də açılan deyil…

Çıxıb gedəcəyəm…– görsən, ağlama,
Ağlamaq acizlik əlamətidir..!
Artıq nə faydası var? –
hisslərini paylaşma,
Mən belə yaşayamam…
Bu həyat mənlik deyil.

Deyirlər bivəfa, fani dünyada
hərənin bir yarı, can parəsi var,
Bu haqda düşünmək mənə çətindir…
Tənhalıq,
yaxın gəl! – sənsən mənə yar…

Tanrı canlıları cüt-cüt yaradıb,
Bunu mən demirəm, aqillər deyir.
Amma həqiqətdə təklik var, təklik…
Cüt yaranış fikri – bilməm, nə sirdir..?

Çıxıb gedəcəyəm, baxma, yalvarma,
Əsla, qalmağımı xahiş etmə sən..!
Peşiman görünmə, nə də ki, qəmlən,
Olsun ki, ruhunda əbədiyəm mən…

Çıxıb gedəcəyəm,
tərk edəcəyəm,
Qazandıqlarımı heç edəcəyəm..!
(Mənim dünyam boşdur,
bil ki, çoxdan boş!)
“Əlvida, əlvida!” – söyləyəcəyəm,
Sənsə “İlk sevdaya qiymət vermədik”
deyib, heyfslənib, qəmlənəcəksən…

Mən çıxıb gedəcəm –
Səni tərk eyləyəcəm,
Vuracaqsan qəlbimə
“Ürəksiz” damğasını.
Bağışlamayacaqsan,
Bilirəm bunu…
Cismən ayrlsaq da biz,
Unuda bilməz ruhun…

Ruscadan çevirəni: Mahir QABİLOĞLU

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın