Menu
Geri İrəli

Üç bacının bir əri və 24 uşağı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2014 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

139589933321e3cef0ca8e_(1)

Bu tipik olmayan ailə çox mehriban və xoşbəxt yaşayır, hətta onlar dünyada öz xoşbəxtliklərini bölüşmək üçün şərikli müəlliflik edərək kitab da yazırlar

Çoxarvadlı ailələr haqqında biz adətən islam ölkələrində eşitmişik. İslamda 4 qadınla evlənməyə icazə verilir ki, bu da bir neçə şərtlərə cavab verdikdə mümkün olur. Şərtlər heç də yüngül olmadığından hər kişi bu yükün altına girə bilmir. İndi isə haqqında danışacağımız ailə heç bir müsəlman ölkəsində yaşamır. Onlar “demokratiyanın beşiyi” hesab edilən ABŞ-da, Yuta ştatının ən sıx əhaliyə malik olan şəhərində- Solt-Leykdə yaşayır.

ANS PRESS-in məlumatına görə, Vika və Valeriya əkiz bacılardır, özüdə eyni bir kişi ilə evlidir. Onların ərlərinin adı Jo-dur, ən maraqlısı da odur ki onun üçüncü arvadı da var. Bu, bacıların xalası qızıdır. Onlar Mormon-fundamentalistlərdir və Poliqamiya adlanan bu çox arvadlılıq onların dini nöqteyi-nəzərindən yolverilən bir nigahdır. Ailədə 3 arvad olmasına baxmayaraq, ailə mədəni və tərbiyəli ailədir.

Bu üç qadının ümumilikdə 24 uşağı var. Bu tipik olmayan ailə çox mehriban və xoşbəxt yaşayır, hətta onlar dünyada öz xoşbəxtliklərini bölüşmək üçün şərikli müəlliflik edərək kitab da yazırlar.
Qafqaznews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın