Menu
Geri İrəli

Xərçəngi məhv edən qidalar

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2016 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

Üzüm xüsusilə, bağırsaq xərçəngi hüceyrələrinin böyüməsinə mane olmaq xüsusiyyətinə malikdir. Modern.az saytı Publika.az-a istinadən bildirir ki, spirulina yosununun araşdırmalarda tərkibindəki dəmir və maqneziumla birlikdə xüsusilə döş xərçəngi hüceyrələrinin inkişafını əngəllədiyi sübut olunub. Xaş-xaş yağı orqanizmdə xərçəng hüceyrələri ilə döyüşən melatoninin səviyyəsini yüksəldir.<p”>

Pomidor daşıdığı likopen sayəsində xərçənglə döyüşür. Göbələk anti-viral və anti-kanser təsirə malik 50-dən çox göbələk növü olduğu müəyyən edilib. Klorella toxumalarda oksigeni artırdığı üçün xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyir.

Sarımsağa spesifik ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antoksidantıdır. Xərçəng hüceyrələrini 24 saatda öldürdüyü göstərilib. Roka, brokkoli, kələm, turp, kahı kimi tərəvəzlər xərçəng hüceyrələrini məhv edir. “Katexin” deyilən bitkidən hazırlanan yaşıl çay ürək-damar sistemi hüceyrələri üzərində təsirlidir.

Zəncəfilin iltihab əleyhinə xüsusiyyəti sayəsində şiş hüceyrələrinin 56 faiz azaldığı müşahidə olunub.

Sarıkök iltihabla mübarizə apararaq bu xüsusiyyəti sayəsində xərçəng hüceyrələrinin inkişafına mane olur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın