Menu
Geri İrəli

Yaşamaq üçün hələ vaxtım var

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur
Share Button

 11817177_985830491440085_6102505328613385043_nBu mövzu ilə bağlı çox şey deyilmişdir, odur ki, çox izaha girmədən sizdən soruşacaqlarımızı unutmamağınızı və bir neçə suala cavab verməyinzi xahiş edəcəyik.

1 – dünyanın ən varlı 4 insanının adını deyin.

2 – dünyada Nobel mükafatı almış 6 nəfərin adını deyin.

3- sonuncu dəfə Oskar mükafatı almış 3 aktyorun və ya aktrisanın adını deyin.

4-dünya gözəllik yarışmasında qalib gəlmiş 3 xanımın adını deyin.

5-dünya Mister Kainat yarışmasında qalib gəlmiş 3 nəfərin adını deyin.

Çətinlik çəkirsiniz? Narahat olmayan. Heç kim dünənki qalibləri xatırlamır. Onlar üçün çalınan alqışlar da unudulur. Sərvət və xəzinə də adiləşir. Bütün qaliblər bir gün tarixə qarışır!

İndi isə bu suallara cavab verməyə çalışın :

1 – uşaq ikən sizə dərs deyən orta məktəb müəlimlərindən 3-ünün adını xatırlayın.

2 – çətin anlarda yanınızda olan və sizi tərk etməyən 3 dostunuzun adını xatırlayın.

3 – güclü olduğunuzu və görmək istədiyiniz işi bacaracağınıza dair sizi inandırmağa çalışan yaxınlarınızı xatırlayın.

4 – bərabər zaman keçirdiyiniz 4 nəfərin adını xatırlayın.

İndi necə? Gördüyünüz kimi, sizin üçün önəmli olan insanların hökmən varlı və ya qələbə qazanmış olmaları vacib deyil. Onlar yanınızda olan, sizə qayğı göstərən, çağırdığınızda hər an yanınızda ola biləcək insanlardır. Həyat təsəvvür etdiyimizdən də qısadır. Yaşanmış bir hadisəni də paylaşmaq yerinə düşər. Sietl olimpiadasında 100 m-lik məsafə üzrə qaçış ərəfəsində 9 əlil start xətti üzərində dayanır. Start atışı ilə yarış başlayır. Hər kəs qaçmağa başlayır. Təxminən məsafinin 70%-i qət edildikdən sonra iştirakaçılardan biri – balaca bir oğlan yıxılır və ağlamağa başlayır. Digər 8 idmançı ağlama səsini eşidən kimi sürətni yavaşıdr və geriyə dönüb oğlana baxır. Onlar dayanır və geriyə qaçmağa başlayırlar…hər biri. Daun sindromlu bir qız ona yaxınlaşır, yanında oturur və onu öpərək: “İndi necəsən, yaxşısanmı?” deyə soruşur. Və 9 idmançı hamısı qucaqlaşır və finiş xəttinə doğru birlikdə hərərkət edirlər. Stadionun bütün iştirakçıları ayağa qalxır və dayanmadan alqış edir. Görəsən niyə? Çünki qəlbimizdə hamımız bilirik ki, özümüzün qalib gəlməsi vacib deyil. Ən vacibi-başqalarına qalib gəlməsi üçün yardım etməkdir. Bunun üçün dayanmaq və istiqaməti dəyişmək gərəksə belə.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın