Menu
Geri İrəli

Sumqayıtda yeni təmir olunmuş yolda gənclər rolik sürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2014 • Baxış sayı: 981 dəfə • Şərh yoxdur

raydolap-ic-tasarimi63Sumqayıtda Məhəmməd Əsədov küçəsində müasir standartlara uyğun yeni avtomobil yolu salınıb. Küçədə müasir işıqlandırma sistemi quraşdırılıb, səkilər yenilənib, ətraf ərazi abadlaşdırılıb. Yeni salınan yol istifadəyə verilməmiş Sumqayıt gəncləri burada öz rolik sürmək bacarıqlarını nümayiş etdirdilər. Gənclərin müxtəlif şou xarakterli hərəkətləri onları izləyənlərin  alqışları ilə qarşılanmışdır.

Əvvəllər heç də ürəkaçan vəziyyətdə olmayan şəhərin ikinci ən böyük girişi sayılan daş bazarı deyilən ərazinin bu cür yüksək səviyyədə təmir olunması şəhər sakinlərinin böyük sevincinə səbəb olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın