Menu
Geri İrəli

Bir xəyal qurdum

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2012 • Baxış sayı: 622 dəfə • 3 şərh

Bir xəyal qurdum, «Alınmayacaq, boşa ümidlənmə»-,dedilər.

Bir günəş istədim, «Günəş var»-,dedilər. «Bəs niyə görmürəm?»-,dedim. «O sənin içini isitmir, hiss etmirsən»-,dedilər.

Günəşli gün… Amma içimdə küləklər əsir. Alıb aparır məni uzaqlara… Mənə yaxın, əl çatmayan uzaqlara… Tab gətirə bilmirəm bu fırtınaya… Sükutumu pozan fırtına, din artıq!… İçimə axan göz yaşlarım, dur artıq!… Məni sıxan tənhalığım, dağıl artıq!… İçimi dağıdan fırtına, görün artıq!.. Bəsdir arzularımı, xəyallarımı sovurdun! Bir azda ətrafımı sovur. Onsuz da gedəcək nəsə qalmayıb, hər kəs, hər şey uzaqlaşıb məndən…

Sənin gətirdiyin təklik qalıb sadəcə… Onu al, hər şeyi geri gətir… İstəmirəm yalandan gülmək… Yalandan «yaxşıyam» demək… Mən həmişə pisəm… İllərdir ki, pisəm… Unudulmuş yaralarım, məni sıxan divarlarım var… Sərhədlərimi istəmirəm… Qadağaları istəmirəm… İşıqlı bir gün, gözəl səma, içdən gələn bir gülüş istəyirəm… Sadəcə bir gülüş… Çox yox… Həyat, ver mənə xoşbəxtliyimi, azadlığımı, sevincimi… Al tənhalığımı, saxta gülüşümü… İstəmirəm… İstəmirəm… Sükut istəmirəm… Anla, həyat, acizəm qarşında..Gücüm çatmır… Yoruldum artıq… Yoruldum mübarizədən… Gücsüzəm…

Bir xəyal qurdum, «Olmayacaq, boşa ümidlənmə»-, dedilər.

Aydın səma istədim, «Qara buludların var»-, dedilər.

Yağış istədim, «Göz yaşların var»-,dedilər.

Günəş istədim, «Dağılmayan qaranlığın var»-, dedilər.

Bir təbəssüm istədim, «Sənə yaddır»-, dedilər.  Həyat istədim, «Xoşbəxt olmayacaqsan, yaşama»-, dedilər… Özümü geri istədim, «Artıq gecdir»-, dedilər. Xoşbəxtlik istədim, «Hər şey öz əlindədir. Xoşbəxtliyini özün yarat»-, dedilər. «Bacarmıram»-, dedim. “Özünə güvən”-, dedilər.

Səbinə Dəniz

Facebook Şərhləndirmə:

“Bir xəyal qurdum” yazısına 3 cavab

  1. Telman deyir:

    Salam sozum budur size yazilarinizda ozunuz kimi gyozeldir,chox menali sehirli baxishlariniz var ,memuniyyetle sizinle sohbet ederdim mumkun olsaydi.Hormetle Telman

  2. amilorujov - skype deyir:

    Gozeldir…

  3. Men deyir:

    … Cox dayaz dusuncedir.. Esse, “duygularin gundeliyi” olsa da hazirda muasir oxucunu real, keskin ve konkret seyler maraqlandirir. Inaniram ki, dusunceleriniz 70-ci illerin oxucularina xitab ede bilerdi.Bir qeder derin, mentiqli, felsefi dusunmek lazimdir.Sizin esseniz o zaman ekseriyyete xitab eder ki, orada bir coxlari ozune verdiyi suallara axtardigi cavabi tapsin… Ugurlar!

Şərhinizi yazın