Menu
Geri İrəli

Azərbaycanda məktəblilər dəhşətli qəzaya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2014 • Baxış sayı: 616 dəfə • Şərh yoxdur
Share Button

1359952125_qeza-avariya-main
10-cu sinif şagirdi atasının maşını ilə qəza törədib

Ağstafada ağır yol nəqliyyat qəzası baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 17 radələrində rayonun Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində baş verib. Ağstafa rayon sakini, 10-cu sinif şagirdi, 16 yaşlı Orxan Ömərli atasına məxsus “VAZ 21011” markalı avtomobili yüksək sürətlə idarə edərkən maşını yolun kənarında olan qəsəbənin adının əks olunduğu dirəyə çırpıb.

Qəza nəticəsində maşında sürücüdə daxil olmaqla 5 məktəbli, Ağstafa şəhər sakinləri, 14 yaşlı Kənan Əliyev, 13 yaşlı Elşad İsmayılov, 16 yaşlı Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini Yusif Salıfov dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın