Menu
Geri İrəli

Bakı metrosunda ölüm – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 335 dəfə • Şərh yoxdur
Share Button

c9ace934175d07a42d7ca461236aec5c

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında sərnişinlərdən biri özünü qəflətən pis hiss edib.

45-50 yaşlarında olan sərnişin eskalatorun qarşısında yerə yıxılıb.

Hadisə yerinə təcili yardım heyəti çağırılsa da, sərnişini xilas etmək mümkün olmayıb.

O, vəfat edib.

***

Faktı Trend-ə təsdiqləyən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi 20:59 radələrində baş verib.

Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın “İçərişəhər” stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib: “Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib”.

Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil veriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın