Menu
Geri İrəli

Bakıda keçid uçdu: şəhərə giriş yollarından biri bağlandı – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 3 İyun 2014 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

Keçidin üstünə aşdığı maşının sürücüsü xəsarət aldı

b43c55f2143dde0b4be8b76967f89e2e
Bakıda piyada keçidinin uçması ilə nəticələn yol qəzası baş verən əraziyə 4 təcili yardım briqadası göndərilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında bildirib ki, 1-2 nəfərə hadisə yerində tibbi yardım göstərilib.  Onun sözlərinə görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyməsi nəticəsində keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üstünə düşüb. Hadisə nəticəsində “Kamaz”-ın 29 yaşlı sürücüsü ciddi xəsarət alıb və maşında sıxılmış vəziyyətdə qalan sürücün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. Həmin sürücü təcili tibbi yardımın köməkliyi ilə Kliniki Tibbi Mərkəzə gətirilib.Kliniki Tibbi Mərkəzdən isə APA-ya verilən xəbərə görə, piyada keçidinin uçması ilə nəticələnən yol qəzası nəticəsində xəsarət alan yalnız 1 xəstə gətirilib. O da yük maşınının sürücüsü 1985-ci il təvəllüdlü Hüseynov İlkin Həsən oğludur. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Sürücü hadisə nəticəsində müxtəlif bədən xəsarəti, kəllə-beyin travması alıb.APA-nın hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, Bakının Səbail rayonu ərazisində uçan yürüstü keçidin qalıqlarının magistraldan yığışdırılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı həmin istiqamətdən şəhərə giriş və çıxış bağlanıb. Yolda kilometrlərlə uzunluqda tıxac yaranıb.Hazırda Fövqəladə Hallar Nazirliyinin, “Azәryolservis” ASC-nin vә Baş Dövlәt Yol Polisi İdarәsinin əməkdaşları işləyirlər.Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev APA-ya bildirib ki, qaldırıcı kran yüksək sürətlə piyada keçidinə çırpılıb, nəticədə keçid uçub. Onun sözlərinə görə, hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır və yaxın saatlarda yolun açılacağı gözlənilir.Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsninin Yol-Patrul Xidməti Alayanın komandiri, polkovnik Nadir Piriyev isə APA-ya açıqlamasında deyib ki, uçan yerüstü piyada keçidi hələ istifadəyə verilməyib: “Qaradağ rayonundan Səbail rayonuna doğru gedən kranın qaldırıcısı açıq vəziyyətdə olub. Nəticədə qaldırıcı körpüyə dəyib və aşırıb. Həmin vaxt yolda hərəkətdə olan maşının sürücüsü xəsarət alıb. Kranın sürücüsü xəsarət almayıb”.Vaqif Piriyev deyib ki, hadisə nəticəsində Salyan şossesi bağlanıb və Bakının müxtəlif yerlərində tıxac yaranıb: “Şəhərin giriş-çıxışı bağlandığından, nəqliyyat vasitələrinin hamısı Kənar Dairəvi yola istiqamətləndirilib. Hərəkətin tənzimlənməsi üçün əlavə qüvvələr cəlb etmişik”.Bakıda piyada keçidinin çökməsi barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonu, Bakı-Salyan yolu üzərində  quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində “Mercedes” markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb.Dərhal hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər maşının sürücüsünü deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıblar.

Bakıda piyada keçidinin uçması ilə nəticələn yol qəzasının təfərrüatları məlum olub.Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb.Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.

Bakı şəhərində piyada keçidinin uçması nəticəsində 6 nəfər xəsarət alıb.Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb.Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Bakıda yerüstü piyada keçidi uçub.Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın