Menu
Geri İrəli

Sumqayıtda intiharın qarşısı alınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2016 • Baxış sayı: 855 dəfə • Şərh yoxdur

intihar_bina_01888Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində bir nəfərin intihar etmək məqsədi ilə hündürmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:33-də başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın