Menu
Geri İrəli

Sumqayıtda qumar oyunu təşkilatçısı tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 560 dəfə • Şərh yoxdur

sumqayitxeber.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 19 “B”-də şəhər sakini Səbuhi Nəsirovun “Mançester” adlı idman mərc və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilib.

Baxış zamanı oradan 374 manat dəyərində 64 ədəd “Mançester” sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd monitor, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülüb.

qumar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın