Menu
Geri İrəli

Çingiz Abdullayev “Neftçi”yə prezident gətirildi – ŞOK TƏYİNAT

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2015 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur

1425626952_1“Neftçi” klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat edilib.
AzNews.az xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də “Neftçi” S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın