Menu
Geri İrəli

Futboldan sonrakı nəqliyyat rəzaləti – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 492 dəfə • Şərh yoxdur
Share Button

000005Bakı Nəqliyyat Agentliyi “Qarabağ”ın “Roma” ilə dünən keçirilən oyunundan sonra sərnişinlərin metro stansiyalarına daşınacağını vəd versə də, buna əməl etməyib. Nəticədə 65 min tamaşaçı dünən gecə yağan güclü yağış altında piyada olaraq metro stansiyalarına üz tutublar. BNA-nın söz verdiyi avtobuslar ərazidə olmayıb.

Bu, aldadılan tamaşaçıların qəzəbinə səbəb olub. Onlar öz etirazlarının sosial şəbəklərdə biliriblar. Hazırda sosial şəbəkələrdə BNA-nın bu hərəkəti ilə bağlı minlərlə etiraz statusu, foto və videofaktlar var. “Qafqazinfo” onların bir neçəsini oxucuların diqqətinə çatdırır. Ümid etmək istərdik ki, BNA rəhbərliyi bu etirazlardan nəticə çıxara biləcək və “Qarabağ”ın növbəti oyununda bu “oyunu” təkrarlamayacaq.

Ələsgər Süleymanov: “Oyunu qoyaq qırağa, təşkilati məsələ tam fiasko. Təşkilatçılar hava şəraitini nəzərə almamışdılar. Arxamızca gələn maşına 50 addımlıqdan bizi polis buraxmadı ki, geri qayıdın avtobuslara minin. Qayıtdıq lüm suyun içində və avtobus da yoxdu. Mənim kimi yüzlərlə adam. Başınıza dəysin təşkilatçılığınız”.

Məmməd Gülməmmədov: “Bakı Metropoliteni bu gün Bakı Nəqliyyat Agentliyinin ayıbını örtdü!. Açıq göründü ki, Bakı nəqliyyatını daha Vüsal Kərimliyə etibar etmək olmaz. İşinin öhdəsindən gələ bilmədiyi bir tərəfə, sözcüsü 70.000 adamı yalançı çıxartmağa çalışır. Bunlara bir YouTube kanalı açmaq lazımdır, gedib videobloqerliklərini etsinlər. Zatən bütün günü video yayıb xal yığmağa çalışırlar”.

Cavansir Hüseyn: “Şəxsən özüm stadionun avtobus terminalına yaxınlaşdım 15 dəqiqə leysanın altında su içində dayandım. Avtobus olmadığından bütün hamılıqla suyun içində Koroğlu metrosuna tərəf getdik. Metronun girişində olan mənzərə isə nə deyim vallah sözlə başa salınası vəziyyət deyildi. Bir sözlə, BNA keçən dəfə İslam Oyunlarında olduğu kimi öz işinin öhdəsindən gələ bilmədi!”.

Amil Hacıyev: “Ay camaat, dağılışın. Oyundan əvvəl və sonra BNA-nın 400 avtobusuna minə bilməyənlər, Mais Ağhayev deyir günah sizdədi, avtobusları görməmisiniz. Sabah gedim özümə eynək yazdırım. Həkimə də deyim ki eləsini yaz avtobusu görə bilim”.

İlham Məhərrəmov: “Mais Aghayev cox xahiş edirəm mənim və dostlarimin cəkdiyi bu günki əziyyətdən irəli gələn sualıma cavab verəsiniz. Nə ücün əlil arabasindan istifadə edən insanlarin stadiona rahat daxil olunmasina şərait yaratmırsız? Və yaxud bu işləri düzgün görə biləcək insanlarla calişmırsiz?”.

Toğrul Allahverdili: “Yüzlərlə şəxs avtobus gözləyirdi. Polis də əhatəyə almışdı dəmir raşotkalarla ancaq avtobus deyilən gözə görünməz varlıq gəlmədi ki, gəlmədi”.

Emin Mahmudov: “Mən Gənclikdə minlərlə insanla birlikde bir saata yaxın avtobus gözlədim, hər 3-5 dəqiqəyə 1 dənə gəlib gedirdi, bu qədər adama daha çox avtobus ayrılmalı idi. Sürücü isə dəhşət idi, bilə-bilə yavaş sürürdü, mümkün olan ən uzaq yolla və ən gec aparırdı ki, daha geri qayıtmasın”.

Elşad Mətləboğlu: “Mais Ağayev bəy necə olur minlərlə insanın başı işləmir? Minlərlə insanın içində bir ağıllı çıxmadı? Sizin bələdçilər bu yana göndərir, polislər o yana. Yazdıqca da adama əsəb verirsiz e. Lap camaatı qoyun yerinə qoyursuz. Polislərlə siz razılaşmalıydınız, minlərlə insan yox. Onlarla danışıqlar aparmalıydınız ki, nə necə olmalıdır. İslam oyunlarında da belə elədiniz. Eyni durum idi…..”

Həbibə Abdulla: “Bütün problemlərin kökündə bir şey dayanır: koordinasiyanın olmaması. Polis, stadion mühafizəsi və BNA-nın əməkdaşlığı olunmayıb, polis camaatı metroya qovub, BNA avtobusları nəqliyyat terminalıdı nədi dedikləri yerdə saxlayıb, mühafizə də stadiondan uzaqlaşdırmağa tələsib. Bir sözlə, biabırçılıq olub. Bunu biz dünəndən deyəndə heç kim “mıqq” eləmədi, pulları kəsiləcəkdi sanki, yaşayandan, başlarına gələndən sonra hamı səsini atıb başına. Bayaqdan bəlkə yüz status oxumuşam nəqliyyat daşınması təşilatçılığının 0 səviyyəsi haqda. Kifayət qədər ciddi adamlar narazılıq edirlər, bu da o deməkdir ki, gerçəkdən problem olub. Əgər BNA hamını qərəzli görürsə, problem özündədi. Min dənə xəbərini veririk, işlərini təqdir edirik, bir dəfə tənqid edirik dərhal qərəzli oluruq”.

Hacıbəy Heydərli: “Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi bugünkü biabırçılıqdan sonra istefa verməlidir. Oyuna baxmağa gələn əlilləri stadiona 5 km qalmış endirmələri azmış kimi oyundan sonra 70 min insanı leysan altında qoymaq insanlığa sığmayan hərəkət idi. Xalqı bu qədər qəzəbləndirmək olmaz, bunun fəsadlarını düşünmək lazımdır, hörmətli BNA rəhbərliyi”.

Bəxtiyar Hacıyev: Stadiona Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress avtobuslarla gəldik. Təşəkkür. Amma oyundan sonra qeybə çəkildi o avtobuslar. Külək və leysanın altında “Koroğlu”ya piyada gəldik. Əlqərəz, “Koroğlu”ya çatdıq. Metro bağlı. Selləmə də su gedir. Amma Metropoliten bəyan etmişdi ki, gücləndirilmiş rejimdə çalışacaqlar.

Fərid Ədalət: “Oyun başa çatdı:

“Qarabağ” azarkeşləri 0: 65000 Bakı Nəqliyyat Agentliyi”.

 


 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın