Menu
Geri İrəli

“PAŞA Həyat Sığorta”nın dəstəyi ilə həyata keçirilən “Futbol və Sağlam Həyat” layihəsi başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2015 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

74523768c3e57a444bdcff728d79c4e5“PAŞA Həyat Sığorta” şirkəti və “Kapital Bank”ın dəstəyi ilə həmçinin Təhsil Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə “Sumqayıt” Futbol Klubunun həyata keçirdiyi “Futbol və Sağlam Həyat” layihəsi başa çatıb.

Layihədə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan 10-12 yaş arası əlaçı şagirdlər iştirak edib.

Seminar tipli layihə 48 orta məktəbi əhatə edib və ümumilikdə layihədə 500 -dən artıq şagird iştirak edib. Məktəblərdə keçirilən görüşlərdə əlaçı şagirdlərə layihəyə dəstək göstərən şirkətlərin hədiyyələri də təqdim edilib.

Layihənin əsas məqsədi gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünün təbliğ etmək, futbolun kütləviliyinin artırılması və gəncləri sağlam həyata yönləndiriməkdən ibarət olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın