Menu
Geri İrəli

Sumqayıtlı idmançı erməni rəqibini 20 saniyəyə məğlub etdi (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2015 • Baxış sayı: 669 dəfə • Şərh yoxdur

İyun ayın əvvələrində 2015-ci il tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən “6th World Shotokan Championship” Dünya karate yarışmasında ölkəmizin idmançıları növbəti uğura imza atıblar.

ANS PRESS-in məlumatına görə, Sumqayıt şəhəri Beynəlxalq “Shotokan Karate – Do” klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman Əlirzayevin 13 tələbəsi 25 dövlət arasında Azərbaycan adına 3 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar.

Mehman Əlirzayevin tələbələrindən biri Muradov Rəhim 20 saniyə ərzində erməni rəqibinə qalib gəldi.

Vurğulayaq ki, idmançıların yarışdakı çıxışına böyük dəstəyi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi və Hacı Zeynalabdin Bələdiyyəsi göstərmişdilər. Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi Nəsir Rzayev və Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, idmançılarla bir araya gələrək verdikləri tam dəstəyin artaraq davam edəcəklərini söylədilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın