Menu
Geri İrəli

Sumqayıtda Hüseyn Cavidin yubiley tədbirlərinə start verilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2016 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

Sumqayıtda Ə.Kərim adına Poeziya evində Hüseyn Cavidin yubiley tədbirlərinə start verilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Hüseyn Cavidə həsr olunmuş tədbirin Əli Kərim adına poeziya evində keçirilməsini əlamətdar hadisə adlandırıb. Natiqin bildirdiyinə görə, Əli Kərim adına poeziya evinin Hüseyn Cavidin nəşinin öz vətəninə qaytarılmasında müstəsna rol oynayan Heydər Əliyev parkında yerləşməsi gözəl təsadüfdür: “Maraqlıdır ki, Hüseyn Cavidə həsr olunmuş toplantı bu poeziya evinin ilk ədəbi tədbiridir”.

Tədbir iştirakçılarına bu gözəl və anlamlı təşəbbüs üçün bir daha təşəkkürünü çatdıran M. Şükürov belə yüksək səviyyəli toplantılara Sumqayıt mədəniyyət ocaqlarının hər zaman açıq olduğunu bildirib.

Daha sonra sözH.Cavid ədəbi birliyinin sədri Kəmaləddin Qədimə verilib. Kəmaləddin Qədim Azərbaycan poeziyasında Hüseyn Cavidin oynadığı müstəsna roldan danışıb. O, həmçinin ədəbi birlik olaraq bu zamana qədər gördükləri işlər barədə Sumqayıt Cavidsevərlərini məlumatlandırıb.

H. Cavidin nəşini Sibirdən gətirən nümayəndə heyətinin sədri Həmid Cəfərovuncıxışı da böyük maraqla dinlənilib.

Daha sonra tədbirdə çıxış edən şairlərAdilə Nəzər, Əsgər Veysəlli, Fərqanə Mehdiyeva, Nizami Muradoğlu, Aləm Kəngərli, Ofelya Babayeva, Nəriman Zeynalzadə, Elvin Əlizadə, Zirəddin Qafarlı, Məryəm Aslanqızı, Aləmzər Sadıqqızı, Ələsgər Talıblı, Arzu Nehrəmli, Firudin Şahbuz, Kamil Məhərrəmoğlu, Etibar Qərib, Hüseyn Sözlü, Nadir Ayazoğlu, Şəhla Vahidvə b. öz şeirlərini oxuyublar.

Sumqayıtda  Hüseyn Cavidin yubiley tədbirlərinə start verilib - FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın