Menu
Geri İrəli

AZAL-dan Atatürk aeroportundakı terrorla bağlı – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 163 dəfə • Şərh yoxdur

844-kak-prohodit-tamozhnju-v-ajeroportu

“Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib”.

Bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun bildirdiyinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: “Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur”.

P. Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib.

“AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir”, -deyən P. Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı- İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın