Menu
Geri İrəli

Azərbaycan və Rusiya prezidentlərinin Tehranda görüşü olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2017 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur
Share Button

db076f18-5424-44dc-be3c-58909b4b77d9Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşlərindən savayı, dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də nəzərdə tutulub.

sumqayitxeber.com Report-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının “Şimal-Cənub” nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.

Gündəlikdə həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın