Menu
Geri İrəli

ŞOK xəbərdarlıq: Dünyaya qara qış gəlir

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 767 dəfə • Şərh yoxdur
qisİqlim mütəxəssisi Kohen 17 illik araşdırması əsasında bu qış Şimali Amerika, Avropa və Asiyada qara qış gözlənildiyini bildirib.
Axar.az xəbər verir ki, Massaçusets Universitetində araşdırmalar aparan Kohen Sibirə nə qədər çox qar yağsa, planetimizə də qışın bir o qədər tez gələcəyini qeyd edib.
Kohen normalda fevralda başlaması gözlənilən sərt və dondurucu hava şəraitinin bu il dekabrda Şimali Amerika başda olmaqla Avropa və Asiyada özünü göstərəcəyini deyib. Kohenə görə, qlobal istiləşmə Şimal buzlu okeandakı buzları əridir. Bu ərimə nəticəsində atmosferə daha çox rütubət yığılır. Yığılan rütubətə görə Sibirə daha çox qar yağır. Sibirin qarla örtülməsi Yer səthinə gələn Günəş işıqlarının göy üzündə daha çox əks olunması anlamına gəlir. Əks olunma qütblərdəki soyuq havanı saxlayan “qütb qapıları” (“Polar vortex”) adlı iqlim sisteminin soyuq havanı sərbəst buraxmasına səbəb olur ki, bu da soyuducunun buz dolabının qapısını açıq qoymağa bənzəyir. Belə olduqda soyuq hava kütlələri Yerə yayılır.








Facebook Şərhləndirmə:

Şərhinizi yazın