Menu
Geri İrəli

İstənilən şəxs Bakıda helikopter sifariş edə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2016 • Baxış sayı: 837 dəfə • Şərh yoxdur

helikopterAydın Quliyev: “Bu helikopterlərin jurnalistlər üçün əlçatan olacağını düşünmürəm”

Azərbaycanda özəl uçuşlar üçün helikopter sifariş etmək mümkün olacaq. 

 Silk Way Helicopter Services” (SWHS MMC) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir. SWHS şirkətinin rəsmi internet saytında fiziki və hüquqi şəxslərə çarter və özəl uçuşların onlayn sifarişi təklif olunur. Bütün sərnişinlərə uçuş müddətində sığorta verilir. Xidmətin göstərilməsi üçün müraciətlərə üç iş günü ərzində baxılır.
Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil etmişdi.
 
Məlum məsələdir ki, Azərbaycanda nəqliyyat sıxlığı kifayət qədərdir. Bu sıxlığa görə də müxtəlif saatlarda tıxac yarana bilir. Maraqlıdır, vacib işi olan vətəndaşlar da gedəcəkləri ünvana tez çatmaq üçün bu helikopter sifariş edə biləcəklərmi? Ümumiyyətlə, helikopter sifariş etmək bir nəfərə neçəyə başa gələcək və şərtləri nələrdir?
 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskiyə müraciət etdik. P.Kəsəmənski suallarımızı yazılı şəkildə cavablandırdı: “Uçuş qiymətləri seçilmiş istiqamətdən və uçuş davamiyyətindən asılıdır. Şəxsiyyətini müvafiq sənədlə təsdiq edən istənilən şəxs uçuş sifarişini onlayn edə bilər. Yeni xidmət növü olduğundan hazırda güzəştlər nəzərdə tutulmayıb”.
 
Maraqlıdır, jurnalistlər, qəzetlər bu helikopter sifarişi xidmətindən istifadə etməyi düşünürmü?
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bunun maliyyə baxımından bir çox şəxslər üçün əlçatan olmayacağını dedi: “Bu helikopterdən sifariş etmək çox çətindir. Çünki hələlik onun şərtlərinin nə olacağı bəlli deyil. Yəqin ki, müəyyən maliyyə məsələsindən asılı olacaq. Əgər bu maliyyə məsələsindən asılı olacaqsa, bu helikopterlərin jurnalistlər üçün o qədər də əlçatan olacağını düşünmürəm. Başqa şərtlərlə bağlı, məsələn, döyüş bölgəsinə bu helikopterlə getmək məsələsində maliyyə də rol oynamır. Bunun üçün müvafiq icazə lazım olacaq. Müvafiq dövlət orqanlarının bunu münasib bilib bilməməsi lazım olacaq.
Ümumiyyətlə, bu məsələni hələlik tam şərh etmək qeyri-mümkündür. Təkcə onu deyə bilərəm ki, onun maliyyə tərəflərinin cəmiyyətin bir çox təbəqələri üçün əlçatan ola biləcəyini düşünmürəm”.
 
Günel MANAFLI
Facebook Şərhləndirmə:

Şərhinizi yazın