Menu
Geri İrəli

Rafet El Romanın yeni azərbaycanlı kəşfi bu qız oldu – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

1482303965_15621597_206510663090038_2725778505701588745_n“Gedək üzü küləyə” mahnısı ilə sosial şəbəkədə fenomenə çevrilən Çinarə Məlikzadə Türkiyənin məşhur müğənnisi Rafet El Roman ilə eyni səhnəni bölüşüb.

AZXEBER.COM verir ki, türkiyəli müğənni konserti zamanı Çinarəni yeni kəşfi adlandıraraq səhnəyə dəvət edib. Onlar “Son məktub” və “Ayrılıq mahnılarını duet şəklində ifa ediblər.

Daha sonra azərbaycanlı ifaçı “Gedək üzü küləyə” və “Sil baştan” mahnısını oxuyub.

Ç. Məlikzadəyə təriflər yağdıran Rafet onun üçün yeni mahnı yazacağını bildirib: “Mən səhnəyə çətinliklə gəlmişəm. O vaxt özümə söz verdim ki, nə zamansa məşhur olsam, istedadlı gənclərə dəstək olacağam. Çinarə mənim yeni kəşfimdir. Musiqiçi dostlar dinləyib, çox bəyənmişdi. Mən də onunla səhnəni bölüşmək istədim. Çox gözəl səsi var, istəsə yüksək zirvələrə qalxa bilər. Əminəm ki, onun səsini bir çox ölkələrdə sevəcəklər. Söz verirəm ki, Çinarə üçün yeni və gözəl mahnı yazacağam”.

Qeyd edək ki, illər öncə Bakıda konsert proqramı ilə çıxış edən Rafet El Roman Ezo adlı ifaçını özü ilə Türkiyəyə aparmışdı. Ezo hazırda Türkiyənin tanınmış müğənnilərindəndir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın