Menu
Geri İrəli

Şəmkirdə “Niva” aşdı: 1 ölü, 4 yaralı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur
Share Button

Şəmkir rayonunda ağır yol qəzası qeydə alınıb.

ARB TV xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda baş verib.

Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 27 yaşlı Elvin Məmmədov hadisə yerində ölüb. 4 nəfər – Şəmkir rayon Əliyaqublu kənd sakinləri 24 yaşlı Rauf Quliyev, 27 yaşlı Orxan Qasımov, həmyaşıdları Tural Yusubov və Kür qəsəbə sakini Fərman Mirzəyev xəsarət alıb. Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Gəncə Şəhər Təcili Tibbi yardım xəstəxanasına göndərilən Fərman Mirzəyevin vəziyyəti orta-ağırdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın