Menu
Geri İrəli

Sumqayıtda Respublika gününə həsr edilmiş bayram tədbiri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2016 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

1464696058_mg_1352-1 (1)

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində 28 may Respublika gününə həsr edilmiş bədii əyləncəli bayram tədbiri keçirildi. Tədbirdə Sumqayıt Dövlət Universitetinin tələbə gənclər təşkilatının fəal üzvləri, Gənclər Evinin könüllüləri həmçinin müxtəlif sahələri təmsil edən ictimai – fəal gənclər iştirak etmişdir.

Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov və Sumqayıt Dövlət Universitetinin tələbə – gənclər təşkilatının sədri Elvin Gülməmmədov tədbirdə çıxış edərək şərqdə ilk demokratik dövlət quruluşu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü önəmli işlərdən və bu dövrdə baş vermiş tarixi proseslərdən danışmışlar.

Tədbirin bədii hissəsində maraqlı intelektual oyunlar keçirilmiş, gənclər öz şer və mahnıları ilə çıxış etmişlər.

1464696058_mg_1352-1

1464696067_mg_1313-1

1464696087_mg_1241-1

1464696122_mg_1321-1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın