Menu
Geri İrəli

Tahir Mirkişili: “Populist çağırışlar azadlıq və təhlükəsizlik balansını pozur”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2017 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur
Share Button

tahir mirkisili-vyanaAvsrtiyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda xüsusi müzakirə keçirilmişdir. Müzakirədə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili dünyada artan populizmdən və onun indiki və gələcək fəsadlarından danışmışdır.

“İnsan haqları universialdır. Bu sahədə hər-hansı bir selektiv yanaşma və diskriminasıya olmamalıdır. Siz öz qonşunuzu xoşlamaya bilərsiz, ancaq əgər siz onun hüquqlarını bu gün pozursunuzsa, siz da sabah öz hüquqlarınızı polzulmuş görəcəksiz” – deyən Tahir Mirkişili diqqəti ABŞ və Avropada əsas təhlükə kimi qəbul edilən miqrantlara və onların hüquqlarına cəlb etmişdir. O, bəzi ölkələrdə populist çıxışların ksenofobiya, irqçilik və islamafobiyanın artmsına gətirib çıxardığını qeyd edərək, bəzi siyasi qüvvələrin bundan yararlanaraq siyasi güc əldə etmək planlarını açıqlamışdır.

Tahir Mirkişili sonda bütün parlamentarilərin əsas vəzifələrinin qarşılıqlı hörmət, multikulturalizm, dialoq mədəniiyyəti və harmoniya kimi dəyərlərin yayılması olduğunu xatırladaraq, bu gün hər kəsin üzləşdiyi çöxüzlü problemlərin həllinin yalnız dini, irqi və milli müxtəlifliyin qorunmasında olduğunu bəyan etmişdir.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın