Menu
Geri İrəli

Uşaqlar arasında ən çox hansı xəstəlik yayılıb? – Statistika

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2016 • Baxış sayı: 628 dəfə • Şərh yoxdur

usaqDövlət Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, ötən il 0-3 yaşlı uşaqlar arasında 343 289 nəfər tənəffüs orqanı xəstəliklərinə tutulub. 2015-ci ildə 61 720 uşaq bəzi infeksion və parazitar xəstəliklərlə xəstələnib.

Siyahıda üçüncü yeri həzm sistemi xəstəlikləri tutur. Belə ki, ötən il xəstələnən 49 908 uşağa bu diaqnoz qoyulub.

0-3 yaşlı uşaqlar arasında sinir sistemi xəstəlikləri 35 779 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri ilə 31 073 nəfər, qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar nəticəsində 30 108 nəfər xəstələnib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın