Menu
Geri İrəli

“Əlillik mövzusunda məktəb əsaslı maarifləndirmə kampaniyası” – SUMQAYITDA BAŞLADI

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Noyabr 2013 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

DSC_0355Sumqayıt şəhərində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin əlilliyi olan insanlar gününə həsr olunmuş “Əlillik mövzusunda məktəb əsaslı maarifləndirmə kampaniyası” adlı silsilə tədbirlərə start verilib.

Sumqayıt şəhəri 11 nömrəli məktəbdə keçirilən tədbirdə öncə məktəbdə inklüziv təhsil alan şagirdlərin müxtəlif mövzularda çəkdiyi rəsmlərin sərgisi ilə nümayiş etdirilib. Daha sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların problemləri,  onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat verilib, ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrdən, eləcə də  Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin bu istiqamətdəki fəaliyyətindən bəhs edilib.DSC_0208

Bildirilib ki, noyabr ayı ərzində inklüziv təhsil proqramını həyata keçirən orta məktəblərdə – Sumqayıtdakı 11 nömrəli, Bakıda isə 153 nömrəli məktəblərdə keçiriləcək tədbirlərin məqsədi adı çəkilən məktəblərlə media nümayəndələri arasında əməkdaşlığın yaradılması, cəmiyyətə inklüziv təhsil, əlillik məsələlərini daha yaxından çatdırmaqdır.

Tədbirdə inklüziv təhsillə bağlı film nümayiş etdirilib,  şagirdlər tərəfindən hazırlanmış müsiqi parçaları dinlənilib, tanınmış “Qala” qrupu öz ifası ilə iştirakçıların zövqünü oxşayıb.

Tədbirdə şəhər təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt təşkilatının, ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri,  ayrı-ayrı media orqanlarının əməkdaşları iştirak ediblər.DSC_0258

Sonda inklüziv təhsil alan 38 şagirdə məktəbin və “Azərikimya” İB-nin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, bu layihə Açıq Cəmiyyət Institutunun “Uşaqlara yardım üçün Qafqaz Şəbəkəsi” layihəsi tərəfindən dəstəklənir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın