Menu
Geri İrəli

Tanınmış yazıçı tələbələrə seminar keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur
Share Button

Qərb Universiteti tələbələri üçün müxtəlif sahələrlə bağlı yerli və xarici mütəxəssislərin iştirakı ilə treyninqlər, seminarlar, mühazirələr təşkil edir.

Bu dəfə tanınmış yazıçı Varis Yolçiyev universitetin filoloq tələbələrinə seminar keçib. Yazıçı ədəbiyyatın incəliklərindən, eləcə də müasir ədəbiyyatın problemlərindən danışıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bədii ədəbiyyatın rolunu qeyd edib.

Yazıçı ölkəmizin təhsil sistemində Qərb Universitetinin xüsusi mövqeyi olduğunu vurğulayaraq bu təhsil ocağında aldıqları təhsilin tələbələrin gələcək karyeralarında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

V.Yolçiyev gənclərə karyerada uğur qazanmağın yollarından, bunun üçün atılmalı olan addımlardan bəhs edib.
Sonda yazıçı universitetin kitabxanasına və ən maraqlı sualların müəllifi olan tələbələrə kitablarını hədiyyə edib.

Qonaq universitetin kitabxanası ilə də tanış olub. Bildirilib ki, Qərb Universitetinin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dan çox ədəbiyyat mövcuddur. Eyni zamanda universitetdə BMT-nin dörd Depozitariya Kitabxanası yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.

1000_os4UZPvw1Bmf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın