Menu
Geri İrəli

“Sumqayıt” hazırlıqlara tam heyətlə start verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2012 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Neftçi”ni məğlubiyyətə uğradan (3:2) “Sumqayıt” “Bakı” ilə oyunun hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, səhər məşqində tam heyətlə hazırlaşan komandanın heyətində zədəli futbolçu yoxdur. Yalnız Taner Taktak fərdi məşqlərlə kifayətlənib. Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. Sabah isə “Sumqayıt” istirahət edəcək.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında “Bakı”nı qəbul edəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın