Menu
Geri İrəli

Bakı-Sumqayıt dəmir yolunda sürətli qatarlar olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2015 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

995556_44028Azərbaycan Dəmir Yolları QSC Bakı və Sumqayıt arasında sərnişin daşımalarının sürətləndirilməsi üçün infrastrukturu müasirləşdirməyi planlaşdırır (35 km).

Martda 63 km uzunluğundakı Bakı-Xırdalan-Sumqayıt polad magistralının əsaslı təmiri başlayıb. Bundan başqa, əlavə olaraq 1,65 km-lik hissə tikiləcək.

Layihənin həyata keçirilməsi məsələləri “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşündə müzakirə olunub, bu barədə qurumun saytında yer alan məlumatda deyilir.

Görüşdə Bakı-Sumqayıt dəmir yolunun müasirləşdirilməsi üzrə SYSTRA konsaltinq şirkətinin hazırladığı müxtəlif variantlara baxılıb.

QSC rəhbəri Cavid Qurbanov qeyd edib ki, Bakı-Sumqayıt dəmir yolunun yenidənqurması sərnişin daşımaları tələbatını ödəməyə və avtomobil nəqliyyatının alternativini təmin etməyə imkan verəcək.

Qurumdakı mənbənin Turan-a verdiyi məlumata görə, Asiya İnkişaf Bankının bu layihənin kreditləşməsinə cəlb edilməsi nəzərdə tutulur.

Yolun müasirləşdirilməsi ilə yanaşı, yeni dəmiryolu qatarlarının alınması da nəzərdə tutulur.

Hazırda Sumqayıta elektrik qatarları uzun Sabunçu-Zabrat-Pirşağı yolundan gedir. Yol ən az 1,5 saat çəkir ki, buna görə bu nəqliyyat növündən çox istifadə olunmur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın