Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2015 • Baxış sayı: 735 dəfə • Şərh yoxdur

tixacBu gecə saatlarında “Xırdalan dairəsi” ərazisində yol bağlanıb. ANS PRESS-in məlumatına görə bu səbəbdən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.

A.Nəcəfli ANS PRESS-in sorğusuna cavab olaraq bildirdi ki, həmin ərazidə yolun təmir və bərpa işləri aparıldığı üçün bağlanıb.

“Həmin ərazidə, körpünün üstündə asfalt-beton örtüyü dağılmışdı. Bu səbəbdən də gecədən başlayaraq, yolu asfaltlayırlar. İşlər yekunlaşan kimi yol açılacaq. Hələlik sürücülər körpünün altı ilə hərəkət edə bilərlər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın