Menu
Geri İrəli

Böyükşor-Sumqayıt elektrik qatarı 61 yaşlı kişinin üstündən keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2012 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Yanvarın 12-də Bakı şəhər Sabunçu rayonu ərazisində bədbəxt hadisə baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindən keçən dəmir yolu xəttinin Sabunçu-Muxtarov mənzilinin 14-cü kilometrliyində qatar yaşlı kişinin üstündən keçib. Nəticədə həmin şəxsin meyiti tanınmaz hala düşüb.

Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni saat 12 radələrində Böyükşor-Sumqayıt elektrik qatarı törədib. Ölən şəxsin isə Gürcüstan vətəndaşı, Balaxanı qəsəbəsində yaşayan 1951-ci il təvəllüdlü Abdullayev Hüseyn Piri oğlu olduğu müəyyənləşib. Faktla əlaqədar araşdırma başlanılıb. Nizam RZA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın