Menu
Geri İrəli

Bu il Sumqayıtda abituriyentlərdən 99-u 600-dən çox bal toplayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2013 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

Ümumiyyətlə son 10 il ərzində 1011 nəfər Sumqayıtlı gənc ali məktəblərə qəbul imtahanlarında 600 dən yuxarı bal toplayıb.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 11 sentyabr 2013-cü il tarixində Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin akt zalında 2013/2014-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclələ görüş keçirilib.

Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tələbələrin bu uğurunun Azərbaycan, xüsusilə Sumqayıt üçün çox böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. O, tələbə adını qazanan gəncləri təbrik edərək tələbəlik dövrünün insanın həyatında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından söz açan M. Həsənov təhsil sisteminin uğurlu inkişafında cənab prezidentimizin bu sahəyə olan xüsusi diqqətinin nəticəsi olduğunu qeyd etmişdir.

Baş İdarənin rəisi çıxışında bildirmişdir ki, bu il 2892 nəfər orta məktəbi bitirib.Ali məktəblərə 2575 nəfər sənəd verib, onlardan 1400 nəfəri yəni 54%-i tələbə adını qazanmışdır. Ümumiyyətlə son 10 il ərzində 1011 nəfər Sumqayıtlı gəncin ali məktəblərə qəbul imtahanlarında 600 dən yuxarı bal topladığını bildirmişdir. O, bu tədbirin şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sistemli şəkildə hər il keçirildiyini qeyd etmişdir.

Sumqayıt şəhər Təhsil Şöbəsinin Metodiki Kabinetinin direktoru, əməkdar müəllim Sabir Məmmədov çıxışında tələbə adını qazananları təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzulamışdır. O, göstəricilərin yüksək olmasını ölkədə, eləcə də şəhərdə təhsil üçün yaradılan şəraitlə  bağlı olduğunu vurğulamışdır.

Görüşdə çıxış edən tələbə adına layiq örülmüş Yaxşı Şəfiyeva, Səbuhi Həsənzadə, valideynlər adından Əzimə Qafarova və Gülcahan Şirinova göstərilən diqqətə görə şəhər rəhbərliyinə təşəkkürlərini bildirmişdir.

600 baldan yuxarı nəticə göstərən 99 tələbəyə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin plaketləri və gül buketləri təqdim edilmişdir.

DSC_0033

Facebook Şərhləndirmə:

Şərhinizi yazın