Menu
Geri İrəli

Mövsümün yubiley qolu Sumqayıtda vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

6999

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 250-ci qolu vurulub. ANS PRESS-in PFL-in saytına istinadən məlumatına görə, yubiley qoluna “Sumqayıt”ın futbolçusu Rəhman Hacıyev imza atıb.

Futbolçu buna 21-ci turun “Rəvan”la qarşılaşmasında fərqlənməklə nail olub. Oyunda hesabı açan Hacıyev turun 8-ci, mövsümün 250-ci qolunun müəllifi olub.

Ümumilikdə isə 105 oyunda 255 qol vurulub. Cari mövsümdə orta məhsuldarlıq 2,43-ə bərabərdir.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın