Menu
Geri İrəli

Öz həyatı bahasına başqasını xilas edən sumqayıtlı kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Hüquqşünas Feyruz Şivəxanov bir müddət əvvəl Sumqayıt arxivində araşdırma apararkən, maraqlı bir sənəd tapıb. FaktXəbər-in məlumatına görə, sənəddə Sumqayıt Kimya Texnologiya Texnikumunun kollektivi adından Sumqayıt şəhər İcraiyyə Komitəsinə göndərilən 12 iyun 1962-ci il tarixli müraciət qeyd olunub və Sumqayıt Elektrik Stansiyasın qarşısında dənizdə batan oğlanı xilas edərək özü həlak olan tələbə Maminat Əfəndiyevanın medalla təltif edilməsi xahiş edilir. Hüquqşünas yazır: “Həmin vaxtdan tələbə qızın bu qəhrəmanlığı bir gün də olsa, yadımdan çıxmayıb və daim bir sual məni narahat edib. Görəsən, tələbə qızın öz həyatı bahasına xilas etdiyi gənc ötən bu 50 ili necə yaşayıb, həlak olan tələbə qızın doğmalarını, yaxınlarını peşman etməyib ki? Onu xatırlayıb, onun yaxınlarına heç olmasa mənəvi dayaq ola bilibmi? Bu xalqa, bu vətənə layiq övlad, vətəndaş ola bilibmi?
Moskva yaxınlığında Pexorka çayında suda batan və yardım istəyən yeniyetmə qızların səsini eşidərkən dərhal çaya atılaraq onları xilas edib özü boğulan 21 yaşlı gəncimiz Səlaməddin Nağıyevin qəhrəmanlığı bu tip sualların sayını bir az da artırıb…”

sened

Facebook Şərhləndirmə:

Şərhinizi yazın